Cüme axşamı
21.09.2017
06:26
Ana sehife
Modul adı

Bir kərə yüksələn bayraq bir daha enməz !!!

Xoş gördük! Qonaq | RSS Menim profilim
Giriş
                       Hər vaxtınız xeyir olsun !                                        Hörmətli istifadəçilər !              Rus dilinə təlabatın çox olduğunu nəzərə alaraq, saytımda *Dilləri öyrənək* bölməsində "Azərbaycanca-Rusca danışıq" vəsaiti yerləşdirmişəm. Şəxsən özüm hazırlamışam. Ümid edirəm ki, rus dilini öyrənmək istəyənlər bundan faydalana biləcəklər. Vəsait ödənişsizdir.    Xahiş edirəm qeydiyyatdan keçib vəsait haqqında fikrinizi bildirin. Xoşunuza gəldimi?                                                                                                                                                                                                        Sağlamlığını qoru, kompüter qarşısında çox oturma !

     Saytın menyusu

 Saytın qiymet cedveli
               
Saytıma qiymət verin
Всего ответов: 854

      Saytda olanlar

Online cemi 1
Qonaq 1
Istifadeçiler 0

  Saytın giriş forması











**********************************************************************************

* Düşmənlərinizi sevin çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər.

 * Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.
 * Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!
 * Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir!
 * Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir!
 * Əxlaqsızlıq zənginliklə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!
 * Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xatirinə düzgün insan olardılar!
 * Görmək asandır, əvvəldən görmək çətindir.
 * Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir.
 * Həyatı sevirsənsə, vaxtını boşa vermə - çünki həyat vaxtdan ibarətdir.
 * Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.
 * Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!
 * İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.
 * Kim səni özündən daha çox aldatdı?
 * Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar, gözünün qarşısında onu deşib keçər.
 * Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır.
 * Qürürlu insan həmişə qürürlu insana nifrət edir!
 * Öz dişlərimin arasında olmasına baxmayaraq öz dilimə hakim ola bilmirəmsə.  başqalarının dilinə necə hakim ola bilərəm...
 * Pul hər şeyi edər deyən adam, pul üçün hər şeyi edən adamdır.
 * Pul və insan arasındakı qarşılıqlı əlaqəsi belədir: İnsan pulun saxtasını edər, pul da insanın.
 * Pulun alacağından deyil, pulun alacağı insanlardan qorxun!
 * Pulun dəyərini öyrənmək istəsəniz, borc almağa çalışın.
 * Sülh belə, böyük pulla alınır.
 * Şüşə, farfor və reputasiya - bunları sındırmaq çox asan yenidən əvvəlki vəziyyətinə qaytarmaq isə çox çətindir!
 * Tanrı, özlərinə kömək edənlərə kömək edər.
 * Tez yatıb tez qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər.
 * Tənbəllik elə yavaş yavaş gedir ki, kasıblıq gəlib ona tez çatır. 
 * Üç adam bir sirri saxlaya bilər əgər ikisi ölübsə.
 * Yaxşı bəhanələr tapmağı bacaranların, başqa şeylər bacara bildiyi çox nadir olaraq görülür.

 * Zaman böyük bir müəllimdir, amma çox təəssüf ki, bütün şagirdlərini öldürü

Hikmətli Sözlər

* Mal, sahibini dünyada yüksəldər, axirətdə alçaldar.

* Mömin, baxdığında ibrət alar. Bir şey verilsə, şükr edər. Müsibət və bəlaya uğrayacaq olsa, səbr edər. Danışacaq olsa, Allahu təalanı xatırladar.

* Mömin, dünyaya ibrət gözü ilə baxar. Ehtiyacı üçün qarınını doyurar. Dünyadan danışıldığı vaxt, nifrət və tənqid qulağı ilə dinlər.

* Yetkinlik üç şeydə vacibdir: Müsibətə səbr etmək, istəklərdə həddindən artıq uymamaq və istəyənə verməkdir.

* Hirs, yanar bir atəş kimidir. Hər kim ki, qəzəbinə hakim olsa, onu söndürər və hər kim ki, qəzəbinə qul olsa, ilk yanan özü olar.

* Səbir ən gözəl xasiyyət, elm isə ən şərəfli bəzək əşyasıdır.

* Səbir iki qisimdir: sevmədiyin şeyə səbr etmək və sevdiyin şeyə səbr etmək.

* Səbir iki qisimdir; bəlaya səbr yaxşı və gözəldir. Bundan daha gözəli, haramlara qarşı səbirdir.

* Səbir, insanın başına gələnə dözməsi deməkdir. Onu qizişdirana qarşı da özünə hakim olmaqdır.

* Sevgi, qəlblərin bir-birinə yaxınlaşması və ruhlar ünsiyetidir.

* Sıxıntıya düşmədən əvvəl təhlükəsizlik tədbirini edən kimsə, ayağını möhkəm yerə basmış olar.

* Sıxıntıya qarşı səbir etmək, bolluq anındakı sağlamlıqdan daha üstündür.

* Söz dərman kimidir. Azı faydalı, çoxu zərərlidir.

* Sükut, sənə təmkin qazandırar və səni üzr diləmə zəhmətindən qurtarar.

* Bəzək və zinətə həvəs edən kişilər, əslində kişidirlər, amma, mərd deyillər.

 * Sizin şəxsiyyətinizə pislik edən bir düşməni bağışlayın. Lakin vətəninizə və millətinizinizə pislik edən bir kimsəni, əsla bağışlamayın..

* Şəkk, şübhə, yaxınlığı pozar, imanı yox edər.

* Şirin dili olanların dostları hər gün bir az daha artır.

* Etdiyi günah bir işlə öyünmək, o günahı etməkdən daha pisdir.

* Ən qiymətli insan, qulağından girəni ürəyində basdıran insandır.

* Elə sevərsən kı, heç əlin-əlinə dəyməmiş nəzər dəyər.

* Ən böyük həbsxana daş divarların dəmir barmaqlıqlarının arxası deyil; İnsanın başının içindəki düşüncələrə vurulmuş qandallardır.

* Unutdum ! Desəm də unudacağımı sanma, insan hər şeydən vaz keçər amma dəyər verdiyindən əsla !

* Ömür dediyin dünənə bənzər! Yaşıl yarpaq kimi açar sonra da solar, xəzan kimi xəzələ dönər və kəpənək kimi itib-gedər.

* Dəyər verdiyin insan sənin dəyərini bilmirsə, burax öz dəyəriylə qalsın.



                                                                                                                                               Ardı var...

 

  

 


 
 
 

       Vaxt gedir ! ! !

        Az musiqi 1

         Az musiqi 2

         Az musiqi 3

            Teqvim

       Saytda axtar






ariz.ucoz.com


ariz.ucoz.com
Copyright MyCorp © 2017Бесплатный конструктор сайтов - uCoz