Çerşenbe axşamı
19.03.2024
07:34
Ana sehife
Modul adı

Bir kərə yüksələn bayraq bir daha enməz !!!

Xoş gördük! Qonaq | RSS Menim profilim
Giriş
                       Hər vaxtınız xeyir olsun !                                        Hörmətli izləyicilər !              Rus dilinə təlabatın çox olduğunu nəzərə alaraq "Azərbaycanca-Rusca danışıq vəsaiti" adlı kitab nəşr etdirmişəm. Günümüzün ən mükəmməl ganışıq vəsaitidir. Kitab haqqında məlumat almaq üçün 055-669-77-50 telefon nömrəsinə zəng edin. Hörmətlə: Ariz Qədirli                                                                                                                                                                                                            Sağlamlığını qoru, kompüter qarşısında çox oturma !

     Saytın menyusu

 Saytın qiymet cedveli
               
Saytıma qiymət verin
Всего ответов: 917

      Saytda olanlar

Online cemi 1
Qonaq 1
Istifadeçiler 0

  Saytın giriş forması











                                                                                                                                                                                                                                                                             

                          Çörək bişirərkən nəyə riayət etmək lazımdır                                                                                                                                                                                                                                                                                                            1. Xəmiri çox qaynar su ilə yoğurmayin! 2. Əvvəlcə bərk yoğurub, sonra suyu az-az tökməklə 12-15 dəqiqə yoğurun, axırda 1-2 x.q. yağla yoğurmaq məsləhətdir. 3. Unun nəmliyi çox olduqda xəmirə sərf olunan suyun miqdarını azaltmaq lazımdır. 4. Xəmir kündəyə gələn vaxt onun üstünə sellofan sərmək lazımdır ki, xəmir qurumasın, 5. Xırda unlu məmulatı yüksək temperaturda və qısa müddətdə bişirmək lazımdır, yoxsa bişiriləndə quruyar. 6. Xəmiri yoğurmamışdan əvvəl un ələnməlidir. Belə olduqda un hava ilə qaışır və xəmir zərif olur. 7. Xəmirin tez acıması üçün ona bir neçə makaron batırılır. 8. Mayalı xəmir kündələnərkən urvalıq un çox istifadə olunmamalıdır- yozsa xəmir bərkiyər, məhsul quru çıxar.Yaxşı olar ki, xəmir yağlanmış ctol üzərində kündələnsin.


                                          Evdə çörəyin bişirilməsi                                                                                                                                                                                                                                                                                                                                Evdə çörək bişirmək hər kəsin sandığı kimi çətin bir iş deyil. Əvvəlcə vəsait olaraq maya, un, çəkər, duz və su lazımdır.  Bir kilo yarım unu nimçənin içinə ələyin. 100 qr paket mayanı beş hissəyə bölün. Ayırdığınız 20qr mayanı yarım stəkan isti suyun içərisində qarışdıraraq əridin. İçinə bir çay qaşığı duz və şəkər əlavə edib qarışdırın. Stəkanın üzərini bir bez ilə örtərək bağlayın. Bir müddət sonra maya köpəcək. Nimçənin içindəkinin ortasını oyaraq mayanı içinə tökün; yoğurmağa  başlayın. Yoğurarkən bir tərəfdən də onun içinə ilıq su əlavə edin. Xəmir təxminən bir litr yarım suyu əmə bilər. Sonra xəmirin üzərini bir bez ilə örtün və isti sobanın yanına qoyun. Xəmir bir neçə dəqiqə sonra qabarmağa başlayır. Xəmir yaxşıca qabardıqda, əvvəlcədən 150 dərəcəyə qədər isidilmiş olan sobaya qoyun. Çörək təxminən yarım saat ərzində bişəcək. Çörəyin bişib bişmədiyini bilmək üçün, çörəyə bir bıçaq batırın; əgər xəmir bıçağın üzərinə yapışırsa, çörək hələ bişməmişdir. Əgər yapışmırsa, çörək bişmişdir.

                          Çörək bişirmək üçün faydalı məsləhətlər:

Əgər, siz quru və tez həll olan drojdan istifadə etsəniz, onda öncə onu döyərək 1.5 - 2x.q. isti süddə həll edin və 20 dəqiqəliyə isti bir yerə qoyun.

Drojun qədəri: 500q una 10qr təzə sıxılmış droj və ya 1.5ç.q. quru, tez həll olan droj. Ya da 2ç.q. quru droj = 12q təzə droj. 

Əgər çörək çox şişibsə, deməli: Siz normadan artıq droj, su ya da normadan az un istifadə etmisiniz. Unu dəqiq ölçü ilə istifadə edin.

Əgər çörəyiniz solğun və yapışqanlı alınıbsa, deməli: Siz normadan az miqdarda drojdan istifadə etmisiniz ya da drojunuz köhnə olub.

Əgər bişmiş çörəyin üzərində un görünürsə, deməli: Siz undan çox istifadə etmisiniz ya da maye az olub.

Əgər çörək qalxmırsa, deməli: Unun yapışqanlıq keyfiyyəri uyğun deyil. Yapışqanlıq keyfiyyəti temperaturdan, rütubətdə unun saxlanma şəraitindən asılı olaraq dəyişə bilər. Başqa undan istifadə edin.

Əgər xəmir bərk alınıbsa, deməli: Siz az maye əlavə etmisiniz. Tərkibi çox miqdarda yumurta ağından ibarət olan əla növ un suyu başqa növ unlardan daha çox hopdurur. Ona görə də 10 - 20ml su əlavə etməyə çalışın. Siz uyğun gəlməyən undan istifadə edirsiniz. Paketin üzərinə "Tez təsir edən droj" ("Быстродействущие дрожжи") yazılmış quru drojlardan istifadə edin. Bu tip drojlar öncədən acıma (qicqirma) tələb etmir. Əgər təzə drojdan istifadə edirsinizsə, mütləq ona gəlməyə imkan verin və kiçik miqdarda şəkərli süddə qarışdırıb 20 - 30 dəqiqəliyə isti bir yerə qoyun.

Əgər çörəyin üstü hamar deyilsə, deməli: Siz az droj qatmısınız ya da droj köhnədir. quru drojdan istifadə edərkən, qarışdırmamışdan öncə üzərinə su tökülüb. Fikir verin siz qatışığı təlimata uyğun olaraq etmisinizmi, suyu və mayeni ən axırda əlavə etmisinizmi? Siz duzu şox qatmısınıs, şəkəri isə kifayət qədər olmayıb. Çalışın kı, duz və şəkər digər qatışığın tərkib hissəsinə daxil olmasın.

Əgər çörəyin tini aşağı düşürsə və aşağı hissəsi yaşdırsa, deməli: Siz sobadan çıxarılmlş bişmiş çörəyi formada həddindən artıq çox saxlamısınız. Çörəyi bişən kimi formadan çıxarın.

Əgər xəmiri qarışdırmaq üçün istifadə olunan kürək sobadan təzə çızmış çörəyin içərisində qlırsa (aşmırsa), deməli: Xəmir çox sıx olub. Gözəyin çörək tam soyusun, sonra kürəyi çıxarın. Bəzi tip unlar suyu özünə başqa unlara nisbətən daha çox çəkir, ona görə də gələn dəfə suyu 10 - 20ml artıq əlavə edin. Əgər kürəyin üzərində qabıqlar əmələ gəlibsə, hər dəfə istifadədən sonra onu, dəstəyi də daxil olmaqla yuyun. 

Əgər çörəyin qabığı qırışırsa və soyuduqdan sonra yumşalırsa, deməli: Bu su buxarıdır ki, bişmiş çörəyin içərisində qalır və qabığa keşərək, onu bir qədər yumşalda bilir. Su buxarının miqdarını azaltmaq üçün, çalışın suyun həcmini 10 - 20ml azaldın ya da şəkərin yarısını götürün. 

Əgər çörək dilimləri yapışqanlı və kələ kötürdürsə, deməli: Dilimləyərkən çörək çox isti olub. Çörəyi torşəkilli bir şeyin üstünə qoyun, buxarı tamamilə çıxdıqdan sonra dilimləyin.

 

Как приготовить бездрожжевой хлеб  Daxil olun  http://www.youtube.com/watch?v=SiJhQmnQmVY
Рецепт хлеба  Daxil olun   http://www.youtube.com/watch?v=PW4kbQzO43o&feature=related
Домашний хлеб   Daxil olun  http://www.youtube.com/watch?v=L0kh3ZGd34k&feature=related
Ekmek Tarifleri    (video) 
Daxil olun  http://www.ekmektarifleri.com/       Ekmek
                  http://www.youtube.com/watch?v=EJ9v_EW_zrc&feature=related       SIMIT TARIFI    (Bublik)
      
Моя хлебопечка    
Daxil olun  1.  http://www.hlebopechka.net/  
 
Bütün Yemək Tərifləri   (Foto)      

Qızardılmlş yağı necə təmızləməli                            Daxil olun  http://www.youtube.com/watch?v=8ThJ9t2ydrU
Pomidor qabığını necə soymaq olar                        Daxil olun  http://www.youtube.com/watch?v=0pHatXhyd40&feature=related
Milçəkləri və qarışqaları necə qovmaq olar             Daxil olun  http://www.youtube.com/watch?v=BKzRbC1_iic&feature=related
Un və kartofu uzun müddət necə saxlamaq olar   Daxil olun  http://www.youtube.com/watch?v=STN1U1sLeS4&feature=related
Как быстро почистить картошку                       Daxil olun  http://www.youtube.com/watch?v=HvB7P5czdOs&feature=related
 

                                                                   Ardı var ...


       Vaxt gedir ! ! !

        Az musiqi 1

         Az musiqi 2

         Az musiqi 3

            Teqvim

       Saytda axtar






ariz.ucoz.com


ariz.ucoz.com
Copyright MyCorp © 2024Бесплатный конструктор сайтов - uCoz