Çörək bişirərkən nəyə riayət etmək lazımdır 1. Xəmiri çox qaynar su ilə yoğurmayin! 2. Əvvəlcə bərk yoğurub, sonra suyu az-az tökməklə 12-15 dəqiqə yoğurun, axırda 1-2 x.q. yağla yoğurmaq məsləhətdir. 3. Unun nəmliyi çox olduqda xəmirə sərf olunan suyun miqdarını azaltmaq lazımdır. 4. Xəmir kündəyə gələn vaxt onun üstünə sellofan sərmək lazımdır ki, xəmir qurumasın, 5. Xırda unlu məmulatı yüksək temperaturda və qısa müddətdə bişirmək lazımdır, yoxsa bişiriləndə quruyar. 6. Xəmiri yoğurmamışdan əvvəl un ələnməlidir. Belə olduqda un hava ilə qaışır və xəmir zərif olur. 7. Xəmirin tez acıması üçün ona bir neçə makaron batırılır. 8. Mayalı xəmir kündələnərkən urvalıq un çox istifadə olunmamalıdır- yozsa xəmir bərkiyər, məhsul quru çıxar.Yaxşı olar ki, xəmir yağlanmış ctol üzərində kündələnsin.
Çörək bişirmək üçün faydalı məsləhətlər:
Əgər, siz quru və tez həll olan drojdan istifadə etsəniz, onda öncə onu döyərək 1.5 - 2x.q. isti süddə həll edin və 20 dəqiqəliyə isti bir yerə qoyun.
Drojun qədəri: 500q una 10qr təzə sıxılmış droj və ya 1.5ç.q. quru, tez həll olan droj. Ya da 2ç.q. quru droj = 12q təzə droj.
Əgər çörək çox şişibsə, deməli: Siz normadan artıq droj, su ya da normadan az un istifadə etmisiniz. Unu dəqiq ölçü ilə istifadə edin.
Əgər çörəyiniz solğun və yapışqanlı alınıbsa, deməli: Siz normadan az miqdarda drojdan istifadə etmisiniz ya da drojunuz köhnə olub.
Əgər bişmiş çörəyin üzərində un görünürsə, deməli: Siz undan çox istifadə etmisiniz ya da maye az olub.
Əgər çörək qalxmırsa, deməli: Unun yapışqanlıq keyfiyyəri uyğun deyil. Yapışqanlıq keyfiyyəti temperaturdan, rütubətdə unun saxlanma şəraitindən asılı olaraq dəyişə bilər. Başqa undan istifadə edin.
Əgər xəmir bərk alınıbsa, deməli: Siz az maye əlavə etmisiniz. Tərkibi çox miqdarda yumurta ağından ibarət olan əla növ un suyu başqa növ unlardan daha çox hopdurur. Ona görə də 10 - 20ml su əlavə etməyə çalışın. Siz uyğun gəlməyən undan istifadə edirsiniz. Paketin üzərinə "Tez təsir edən droj" ("Быстродействущие дрожжи") yazılmış quru drojlardan istifadə edin. Bu tip drojlar öncədən acıma (qicqirma) tələb etmir. Əgər təzə drojdan istifadə edirsinizsə, mütləq ona gəlməyə imkan verin və kiçik miqdarda şəkərli süddə qarışdırıb 20 - 30 dəqiqəliyə isti bir yerə qoyun.
Əgər çörəyin üstü hamar deyilsə, deməli: Siz az droj qatmısınız ya da droj köhnədir. quru drojdan istifadə edərkən, qarışdırmamışdan öncə üzərinə su tökülüb. Fikir verin siz qatışığı təlimata uyğun olaraq etmisinizmi, suyu və mayeni ən axırda əlavə etmisinizmi? Siz duzu şox qatmısınıs, şəkəri isə kifayət qədər olmayıb. Çalışın kı, duz və şəkər digər qatışığın tərkib hissəsinə daxil olmasın.
Əgər çörəyin tini aşağı düşürsə və aşağı hissəsi yaşdırsa, deməli: Siz sobadan çıxarılmlş bişmiş çörəyi formada həddindən artıq çox saxlamısınız. Çörəyi bişən kimi formadan çıxarın.
Əgər xəmiri qarışdırmaq üçün istifadə olunan kürək sobadan təzə çızmış çörəyin içərisində qlırsa (aşmırsa), deməli: Xəmir çox sıx olub. Gözəyin çörək tam soyusun, sonra kürəyi çıxarın. Bəzi tip unlar suyu özünə başqa unlara nisbətən daha çox çəkir, ona görə də gələn dəfə suyu 10 - 20ml artıq əlavə edin. Əgər kürəyin üzərində qabıqlar əmələ gəlibsə, hər dəfə istifadədən sonra onu, dəstəyi də daxil olmaqla yuyun.
Əgər çörəyin qabığı qırışırsa və soyuduqdan sonra yumşalırsa, deməli: Bu su buxarıdır ki, bişmiş çörəyin içərisində qalır və qabığa keşərək, onu bir qədər yumşalda bilir. Su buxarının miqdarını azaltmaq üçün, çalışın suyun həcmini 10 - 20ml azaldın ya da şəkərin yarısını götürün.
Əgər çörək dilimləri yapışqanlı və kələ kötürdürsə, deməli: Dilimləyərkən çörək çox isti olub. Çörəyi torşəkilli bir şeyin üstünə qoyun, buxarı tamamilə çıxdıqdan sonra dilimləyin.